iLHAM ƏLiYEV VASiLi iSTRATOVU QƏBUL EDiB

img

13-03-2009 [07:24]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vasili İstratovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı və Bakıda diplomatik fəaliyyəti dövründə səfirin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirdi. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzuladı. Vasili İstratov ölkəmizdəki səfirlik fəaliyyətinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, iki ölkənin prezidentləri arasında olan səmimi münasibətlərin qarşılıqlı əlaqələrin inkişafındakı rolunu xüsusi vurğuladı. Vasili İstratov Azərbaycanda səfir kimi çalışmasından məmnun qaldığını bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA