AZƏRBAYCAN və RUSiYA XARiCi iŞLƏR NAZiRLƏRiNiN BiRGƏ MƏTBUAT KONFRANSINDA DEYiLƏNLƏR

img

12-03-2009 [05:42]


Bakıda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki dəfə görüşüb. İlk görüş martın 11-i axşam, ikinci görüş isə martın 12-si səhər saatlarında olub. Bu gün keçirilən ikitərəfli görüşdən sonra Rusiya və Azərbaycan XİN heyətləri də bir araya gəliblər. Görüşlər başa çatdıqdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. ?Media forum? saytı xəbər verir ki, E.Məmmədyarov rusiyalı həmkarı ilə Qarabağ məsələsini müzakirə etdiklərini deyib: ?Cənab Lavrov Rusiyanın mövqeyini bir daha ifadə etdi - Moskva münaqişənin sülh yolu ilə tez həllini istəyir. Azərbaycan tərəfi isə bəyan etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər?. E.Məmmədyarov görüşlərdə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulduğunu bildirib. O, 2008-ci ildə Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2 milyard dollardan artıq olduğunu vuğulayıb. Humanitar sahədə əməkdaşlığa gəlincə, nazir Lavrovun bu gün Bakıda Rusiya Mədəniyyət Mərkəzinin açılışına qatılacağını söyləyib. Rusiyanın xarici işlər naziri isə Azərbaycanla iqtisadi və humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. O, Rusiyanın ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların artırılması ilə bağlı bir çox ideyasının olduğunu və bu istiqamətdə müzakirələrin davam etdirildiyini söyləyib. Lavrov Azərbaycan hakimiyyətinin rus dili və mədəniyyətinə diqqətindən də razılıq edib. O, yaxın illərdə Rusiyada və Azərbaycanda qarşılıqlı olaraq bir sıra universitetlərin filiallarının açılacağını qeyd edib. Qarabağ məsələsinə toxunan Lavrov ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını söyləyib. Ankara ilə Moskva arasında bu yöndə hər hansı danışıqların aparılıb-aparılmadığı ilə bağlı sualın cavabında Lavrov deyib ki, problemin həllində bir çox dövlətlər maraqlı olsalar da, heç kim Minsk qrupu formatından kənarda danışıqlar aparmır. Lavrov Rusiyanın Qarabağ məsələsindəki mövqeyi ilə bağlı sualın cavabında qeyd edib ki, 2007-ci ilin iyulunda Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına münaqişənin paket həllini təklif edib: ?Azərbaycan tərəfinin konkret münasibəti yoxdur. Amma biz hesab edirik ki, bu münasibət müsbətdir. Təklifimiz masada qalmaqdadır. Əgər Minsk qrupundakı digər ölkələr münasibət bildirsələr və ya onların da təklifləri olsa, yenidən bu məsələyə qayıtmaq olar. Eyni zamanda Azərbaycan hakimiyyətinin rəsmi münasibəti açıqlanandan sonra yenidən məsələni müzakirə eyməyə hazırıq?. Mətbuat konfransında nazirlərə Qəbələ RLS-in gələcək taleyi ilə bağlı sual ünvanlanıb. Lavrov Rusiyanın Qəbələ RLS-in istifadəsi məsələsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirməklə kifayətlənib. Azərbaycanın xarici işlər naziri isə Qəbələ RLS-lə bağlı ABŞ-la hər hansı müzakirənin olub-olmadığına dair sualı belə cavablandırıb: ?Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən ABŞ-dan da heyətlər gəlir. Bu səfərlər bizim Şimali Atlantika alyansında əməkdaşlığımız çərçivəsində baş tutur. Amma hazırda Qəbələ RLS-in başqa ölkənin istifadəsinə verilməsi, Rusiya ilə müqavilənin uzadılıb-uzadılmayacağı kimi məsələlər gündəlikdə deyil?. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA