MüXALiFƏT GENiŞ AçIQLAMA VERMƏDiYi GÖRüŞDƏN RAZI QALIB

img

12-03-2009 [05:40]


Bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların sədrləri Avropa Birliyi ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüblər. ?Media forum? saytının məlumatına görə, Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən görüş hərəkata daxil olan partiya sədrlərinin təşəbbüsü ilə baş tutub və mətbuata qapalı formada bir saatdan çox çəkib. Görüşdə Avropa Birliyinə daxil olan 10 ölkənin səfirləri və Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Adam Vaddams iştirak edib. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da iştirak etdiyi görüşdə müxalifəti Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan təmsil edib. Sülh və Demokratiya İnstitutunun yaydığı məlumatda qeyd olunur ki, görüşdə 18 mart referendumuna hazırlıq prosesi ilə əlaqədar Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət müzakirə edilib. ?Media forum? saytı müzakirə olunan məsələlər haqqında ətraflı məlumat almaq üçün görüşdə iştirak edən partiya sədrlərinə müraciət edib. Sərdar Cəlaloğlu deyib ki, görüş qapalı olduğundan müzakirə olunan məsələlərlə bağlı məlumat verə bilməyəcək: ?Biz belə razılaşdırmışıq ki, məlumatı yalnız Leyla Yunus yaysın?. Demokrat Partiyası sədrinin sözlərinə görə, müzakirələrin detallarını ümumiyyətlə açıqlamamaq razılaşdırılıb: ?Əgər qarşı tərəf beynəlxalq təşkilat və xarici ölkə nümayəndələridirsə, biz bunu nəzərə almalıyıq. Ona görə də bizim ayrı-ayrılıqda bir söz deməyimiz düzgün olmaz?. S.Cəlaloğlu müzakirələrin gedişatından və nəticəsindən razı qaldığını vurğulayıb. O, görüşdə iştirak edən səfirlərin 18 mart referendumuna münasibətinin necə olmasına dair suala cavab verməyib:?Bunu deməyim görüşün təfərrüatını açmaq olardı?. Əli Kərimlinin də cavabı eyni olub. ?Görüş mətbuata qapalı olduğu üçün heç bir məlumat verə bilmərəm. Ümumən onu deyim ki, ölkədəki ictimai-siyasi vəziyyəti, qarşıdan gələn referendumu müzakirə etdik. Görüş və müzakirələr məni qane etdi. Çox səmərəli müzakirələr apardıq?. AXCP sədri görüşdə iştirak edən səfirlərin 18 mart referendumuna münasibətinin necə olmasına dair sualı cavablandırmayıb. İqbal Ağazadə də geniş açıqlama verməyib: ?Görüşlə bağlı ətraflı məlumat verməməyimiz əvvəlcədən razılaşdırılıb. Azərbaycandakı ictimai-siyasi vəziyyəti və referendumqabağı durumu müzakirə etdik. Müzakirələr məni qane etdi?. Əli Əliyev də görüş barədə geniş danışmaqdan imtina edib: ?Çox səmərəli müzakirələr apardıq?. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA