TEHRANDA iQTiSADi ƏMƏKDAŞLIQ TƏŞKiLATININ 10-CU ZiRVƏ GÖRüŞü KEçiRiLMiŞDiR

img

12-03-2009 [05:36]


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRÜŞDƏ İŞTİRAK ETMİŞDİR Bakı, 12 mart (AzərTAc). Xəbər verdiyimiz kimi, martın 11-də Tehranın ?Hafiziyə? sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının 10-cu zirvə görüşü keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir. Zirvə görüşünün geniş iclası başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunmuşdur. Zirvə görüşünün qapalı iclasından sonra İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatlarının təqdim edilməsi mərasimi olmuşdur. Bildirilmişdir ki, mükafatlar 8 sahə (iqtisadiyyat, elm, texnika və sair) üzrə verilir. Mükafatlara layiq görülənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdən irəli sürülmüş 50 namizəd arasından seçilmişdir. Mərasimdə qaliblər barədə geniş məlumat verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyat sahəsində xidmətlərinə görə mükafatı tacikistanlı akademik Talbak Nazarova təqdim etmişdir. Azərbaycanlı alim Vaqif Abbasov elm və texnika sahəsində xidmətlərinə görə mükafata layiq görülmüşdür. Sonra dövlət başçıları, baş nazirlər və tədbirin digər yüksək səviyyəli iştirakçıları İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşünün yubiley markasını imzalamışlar, xatirə şəkilləri çəkdirmişlər. 10-cu zirvə görüşündən başlayaraq İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad çıxış etmişdir. O, təşkilatın Bakıda keçirilən 9-cu zirvə görüşündən etibarən İƏT-də sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndirmiş, dövlətimizin başçısının səyləri sayəsində təşkilatın işinin ötən müddətdə fəallaşdığını xüsusi vurğulamışdır. İran Prezidenti Tehran Bəyannaməsinin İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişlənməsinə təkan verəcəyini bildirmiş, üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırmışdır. Bununla da Tehran sammiti başa çatmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA