AZƏRBAYCAN PREZiDENTi iLHAM ƏLiYEViN iRANA RƏSMi SƏFƏRi

img

11-03-2009 [08:34]


Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə yola düşmüşdür. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanından Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. Tehran, 10 mart (AzərTAc). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə gəlmişdir. Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın ?Mehrabad? hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi İranın xarici işlər naziri Mənuçehr Mottəki və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər. Tehran, 10 mart (AzərTAc). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və İranın dövlət bayraqlarının asıldığı Prezident sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və İranın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran əsgərlərini salamladı. İranın rəsmi şəxsləri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İran Prezidentinə təqdim olundular.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA