Zəlimxan Məmmədli KXCP-dən gedir?

img

11-03-2009 [08:25]


Ali Məclis sədri QHT sektoruna keçəcəyini deyib KXCP-də sədrlə Ali Məclis sədri arasında ziddiyyətlər davam edir. Bu günlərdə mətbuatda yer alan xəbərlərə görə, yola getməyən tərəflər ayrılmaq qərarına gəliblər. Belə ki, Ali Məclisin sədri Zəlimxan Məmmədli istefa verərək partiyadan gedəcək və 3-cü sektorda təmsil olunacaq. Z.Məmmədli isə siyasətdən gedəcəyi ilə bağlı xəbərləri təkzib edib. Ali Məclisin sədri bildirib ki, onun belə bir fikri yoxdur. QHT sektoruna keçmək məsələsinə gəlincə isə, Z.Məmmədli bunları qeyd edib: "Hər şey ola bilər. Bu haqda düşünürəm. Belə bir şey olsa belə, bunun mənim siyasi fəaliyyətimi məhdudlaşdıracağını düşünmürəm. Hər nə olacaqsa Azərbaycan Respublikasının qanunları çərçivəsində olacaq. Hər halda partiyadan getmək kimi bir fikrim yoxdur".//Olaylar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA