MüXALiFƏT GƏNCLƏRi HüCUMA MƏRUZ QALIB

img

11-03-2009 [08:18]


Referendum bukletlərini gənclərin əlıindən alıb cırıblar Referendum təbliğatı həyata keçirən müxalifətçi ?Hədəf? Gənclər Koalisiyası üzvlərinə mülki geyimli şəxslər hücum edib. Hadisə ?Qarabağ və Respublika? Uğrunda Vətəndaş Hərəkatının və ?Respublikaçılar? Təşəbbüs Qrupunun bukletlərini yayarkən baş verib. Məlumatı ?Azadlıq? radiosuna koalisiyanın sədri Ağasif Şakiroğlu verib. ?Kampaniyanı metronun Elmlər Akademiyası stansiyasından başlamışdıq. 2000 bukletdən təxminən 1300-nü gənclərə çatdıra bildik. ?Sahil? stansiyası yaxınlığında isə bir neçə mülki geyimli şəxs yaxınlaşıb buklet istədi. Biz birini verdik, qalanlarını isə əlimizdən alıb cırdılar?. Koalisiya sədri deyir ki, təbliğatçılar həmin şəxslərin kimliyini soruşanda isə ?gedin, sonra bilərsiniz?, ?seçkidən sonra təbliğatınızı apararsınız? deyiblər. Bakının Səbail Rayon Polis İdarəsindən isə ?Azadlıq? radiosuna bildiriblər ki, onlarda belə bir hadisə qeydə alınmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA