Dağıstan prezidentinin müzaviri ağır vəziyyətdə Bakıya gətirilib

img

11-03-2009 [08:12]


Səid Qurbanovu gətirmək üçün Samur gömrük-keçid məntəqəsinə xüsusi aviasiya göndərilib Bu gün saat 17.40 radələrində Dağıstanın Dərbənd rayon müdiriyyətinin rəhbəri Qurban Qurbanovun atası, Dağıstan prezidentinin müşaviri, Səid Qurbanov ağır xəstəliklə bağlı Samur gömrük-keçid məntəqəsinə gətirilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, o, Bakıdan göndərilmiş xüsusi aviasiya ilə Bakıya göndərilib. Faktı Samur gömrük-keçid məntəqəsindən də təsdiqləyiblər. Səid Qurbanovun hazırda Mərkəzi Klinik Xəstəxanada olduğu bildirilir. Xatırladaq ki, Səid Qurbanovun 80 yaşı var. 2008-ci il dekabrın 20-də o Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. /ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA