ERMƏNiSTAN SiLAHLI QüVVƏLƏRiNiN BÖLMƏLƏRi ATƏŞKƏS REJiMiNi POZMAQDA DAVAM EDiR

img

11-03-2009 [02:01]


Bakı, 11 mart (AzərTAc). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 10-da saat 17.20-dən 17.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.55-dən 19.10-dək, 21.10-dan 21.15-dək və 22.25-dən 22.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA