Vatikan islam bankçılıq sistemini tövsiyyə edir

img

10-03-2009 [05:51]


Təklif Avropada böyuk əks-səda dogurub QayNar: Vatikanım gündəlik nəşr orqanı olan ?L? Osservatore Romano? qəzeti böhrandan cıxış yolu olaraq, İslam bankcılıq sistemini tövsiyə edir. Qaynar.info xəbər verir ki, geniş şərhə yer verən məqalə məllifləri İslam bankcılıgının söykəndiyi etik qaydaların, kapitalist maliyyə sisteminə də inam və nəqd pul axınını gətirə biləcəyinə diqqət cəkib. İtaliyanın tanınmış iqtisadcılarının qələmə aldığı yazıda qeyd olunur ki, İslam Bankcılıq sistemində sərmayə vasitələrinin, süni iqtisadiyyat şarlarının meydana gəlməsinə səbəb olan faiz qadagan edilir. Yazarlar xüsusilə əldə edilən pulların real iqtisadiyyata yatırıldığı faizsiz kreditler tövsiyyə edir və hesab edirlər ki, buradan əldə edilən qazanc faizin alternativi ola bilər. Bu sistemlə avtomobil sektoruna koməyin böyuk maliyyə gəliri gətirəcəyini proqnozlaşdıran iqtisadcılar infrastruktur sərmayələrinnin dəstəklənə biləcəyini vurğulayırlar. Böhran dönəmində bankların müsəlmanlardan nümunə göturmələrini tövsiyyə edən qəzet İslam Maliyyə Sisteminin Qərb Maliyyə dünyasında yeni qaydalar meydana gəlməsinə köməkci ola biləcəyini önə cəkir. Məqalədə qeyd olunur ki, Vatikan da indiki kapitalist sistemini müvəffəqiyyətsiz hesab edir. Papa Benediktin də dəfələrlə kapitalizmə və bank idarəcilərinin acgözlülüyünə qarşı ciddi tənqidlərlə cıxış etdiyi xatırladılır. Yazar onu da qeyd edir ki, iqtisadi böhran Vatikandan da yan kecməyib. Belə ki, 2007-ci ildə 18 milyon avro budcə artımı olan ölkədə bu rəqəm otən il yalnız 8 milyon həcmində olub. Bu azalmanın 2009-da da davam edəcəyi proqnozlaşdırılır. Vatikanın rəsmi nəşr orqanında yer alan bu məqalə Avropada böyuk əks-səda dogurub. Avropanın tanınmış iqtisadiyyat qəzeti olan ?Financial Times? mövzuya geniş yer verərək, şərh edib. Şərhdə bildirilir ki, iqtisadi mövzuları nadir hallarda şərh edən Vatikanın, şəxsən İslam maliyyə sistemini tövsiyyə etməsi qlobal maliyyə böhranının ölcülərinin düşünüldüyündən daha ciddi oldugunu göstərir. // Azərin, QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA