Dünya ulduzları, nazir və deputatlar Hafiz Məmmədovla Nuru Əhmədovun övladının toyunda!

img

06-07-2013 [22:26]


Bu gün iş adamı, "Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov oğluna toy edir.

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, Hafiz Məmmədovun oğlu Kənan "Nurgün Motors” şirkətinin prezidenti Nuru Əhmədovun qızı ilə ailə həyatı qurur. "Buta Palace”da baş tutacaq toy mərasimində dünyanın bir çox məşhur müğənniləri , o cümlədən PSY və Tarkanın iştirakı gözlənilir.

Qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur.

Toyda tanınmış iş adamlarından kimlər iştirak edir?

Mia.az-ın bununla baglı əldə etdiyi məlumatda maraqlı simaların adları çıkilir. Xəbərə görə, mərasimə ölkənin nüfuzlu şəxslərindən nazir Ziya Məmmədov, millət vəkillərindən Mahir Aslanov, Elton Məmmədov və basqaları da dəvətli olublar. Bundan əlavə, vaxtı ilə sabiq nazir Fərhad Əliyevlə bağlılığa görə bir çox problemlərlə üzləşmiş xeyli iş adamı da dəvətlilər arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA