29-01-2016 [15:44]
"Prezidentin çıxışından sonra müşrətilərimizin sayı xeyli artıb. Dövlət rəsmiləri bizimlə əlaqə saxlayaraq, maşın almaq istədiklərini bildirirlər”.
Bunu AzVision.az-a müsahibəsində Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.
-Prezident İlham Əliyevin məlum çıxışından sonra "NAZ-Lifan” avtomobillərinin satışında fərq varmı? Məmular maşın almaq üçün sizə müraciət edirlərmi?
- Ölkə başçısının çıxışından sonra müştərilərimizin sayı həddindən artıq çoxalıb. Əvvəlki günlərlə müqayisədə fərq böyükdür. Vətəndaşlar ofislərimizə gələrək, qiymətlərlə maraqlanırlar. Son iki gün ərzində dövlət qurumları, özəl müəssisə və şirkətlərdə çalışan vəzifəli şəxslər "NAZ-Lifan”la maraqlanırlar.
- Avtomobil almaq üçüm sizə hansı dövlət qurumlarından müraciətlər daxil olub?
-Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri "NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.
Məndə olan məlumata görə, nazir Səlim Müslümov şəxsi istifadəsi üçün "NAZ-Lifan” markalı maşın alıb.
- Nazir Səlim Müslümovun aldığı avtomobilin qiyməti nə qədərdir?
- Səlim müəllimin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyəcəm. Çünki qiymətlər daha çox modifikasiyalara uyğun olaraq dəyişir.
- Hazırda "NAZ-Lifan”ın neçə modeli istehsal olunur?
- 11 növ model istehsal olunur. Mart ayında zavod "LİFAN-820” modelini satışa çıxaracaq. Biz dövlət rəsmilərinə, məmurlar "LİFAN-720” modelini təklif edirik. Mart ayında isə satışa çıxarılacaq "LİFAN 820” modeli də məmurlar üçün əlverişli olacaq.Yeni modelinin qiymətini hələlik dəqiqləşdirməmişik. Amma "LİFAN 720” modeli 11 min 500 manata satışa çıxarılıb.
-Avtomobillərin qiymətində dəyişiklik gözlənilirmi?
-Hələ ki, müştərilərə köhnə qiymətləri təqdim edirik. Bizdə kreditlər maşın almaq üçün ilkin ödəniş 2 min manatdır. Ödənişlər 36 ay ərzində 373 manat təşkil edir.
- Başqa hansı dövlət qurumlarından sizə müraciət daxil olub?
- Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin əməkdaşları satış mərkəzinə gələrək, qiymətlərlə maraqlanıblar. Bundan başqa bir neçə millət vəkili, icra başçısının müavinləri "NAZ-Lifan” almaq istədiklərini bildiriblər. Hazırda sifarişlərimiz çoxdur. Dövlət qurumları daha çox kreditlə maşın almağa üstünlük verirlər. Hazırda qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında bir çox dövlət qurumlarında "NAZ-Lifan” avtomobillərindən istifadə edilir.
Qeyd edim ki, müştərilərimiz narahat olmasınlar, qiymətlərdə dəyişiklik etməyi düşünmürük.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi