Hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - Xanlar Vəliyev

img

29-01-2016 [14:39]


Ötən il Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 12 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.

Bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib. O qeyd edib ki, baş prokurorun və hərbi prokurorun müvafiq əmrləri ilə 7 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 44 əməkdaş həvəsləndirilib, 49 işçi müxtəlif medallarla təltif olunub, 72 əməkdaşa rütbələr verilib.
Hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA