Gömrük Komitəsi hansısa quruma birləşdiriləcək? - Aydın Əliyev xəbərə reaksiya verdi

img

29-01-2016 [14:24]


"Dövlət başçısı və ya hökumət gömrük orqanlarının funksiyalarını necə görürsə, elə də fəaliyyət göstərəcək".

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədrin Aydın Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) hansısa digər quruma birləşdirilə biləcəyi barədə son vaxtlar yayılan məlumatlara münasibət bildirərkən deyib.

DGK sədri bildirib ki, Azərbaycanda gömrük xidməti müstəqil olub:

"Elə ölkələr var ki, gömrük orqanları Maliyyə Nazirliyinin, bəzi ölkələrdə isə iqtisadiyyatla bağlı nazirliyin tərkibindədir. ABŞ-da isə qeyri-adi olaraq gömrük və sərhəd funksiyalarını yerinə yetirən təşkilatlar birləşdirilərək bir quruma verilib. Azərbaycan, Rusiya və digər MDB ölkələrində isə gömrük orqanları müstəqil fəaliyyət göstərir.

1992-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsi nazirlik səviyyəsində fəaliyyət göstərir. Subyektiv fikrim budur ki, zaman müstəqil fəaliyyət göstərən strukturun daha çox inkişaf etdiyini göstərir".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA