Gömrük generalı naziri fakt qarşında qoydu: "4 milyard dollar borc danışığı aparılıb"

img

29-01-2016 [13:27]


Dünən Azərbaycan hökuməti ilə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının missiyaları ilə keçirilən görüşdə əlavə 4 mlrd. ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparılıb.

Mia.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bununla yanaşı, hazırda Komitənin cari il üçün büdcə öhdəliklərinin dəyişdirilməsi ilə bağlı hökumətlə danışıqlar aparılır: "Bu il üçün idxalın həcmi 9 mlrd. dollar həcmində proqnozlaşdırılır”.

Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını vurğulayıb. Hətta maliyyə naziri "Bizim özümüz borc veririk", deyə, dünənki konfransında borc xəbərini konkret rədd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA