29-01-2016 [12:51]
"Dövlət məmurları, nazirlər, komitə sədrləri dövlət telefonu ilə onlara edilən zənglərə cavab vermirlər. Dövlət telefonuna hörmət bərpa olunmalıdır, qaytarılmalıdır. Çünki dövlət telefonunun adı dövlət telefonudur”.
"Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
"Bəlkə, mənim şəxsi xahişim var, heç olmasa, dinlə, özün bilərsən, sonra nəzərə alma. Amma mənim arxamda, ümumən hər bir deputatın arxasında 40 min seçici dayanır, onların problemlərini dinləmək və nəzərə almaq lazımdır, məmurların bir nömrəli borcudur ki, insanların problemlərinə həssaslıqla yanaşsınlar.
Lakin çox təəssüflər olsun ki, dövlət telefonu ilə zəng edirsən, heç biri cavab vermir, həmin şəxsin yerinə telefonda 8-ci sinifdə oxuyan qızın səsi ilə "au" cavabı" verilir. Biz onlara zəng edərkən az qala canımız çıxır. Saymamazlıq, hörmətsizlik göstərib cavab vermirlər. Belə olmaz, biz buna susmamalıyıq. Çünki susmaq problemlərin qalmasına və ondan ölkəmizə qarşı istifadə etmək istəyən yad ünsürlərin addımlarına razılıq əlmaməti deməkdir. Biz öz sözümüzü deməliyik.
Məsələn, mən Fəzail İbrahimlinin bu dövlətə nə ziyanı dəyə bilər? Olsa-olsa, nahaq danışa, haqqı nahaqa qurban verə bilərəm. Amma elə qüvvələr var ki, onlar müəyyən təsir gücünə malikdirlər.
Bunların içərisində məmurlar da, sahibkarlar da var. Onlar daha çox əməli fəaliyyət göstərməlidirlər, dövlət başçısının ətrafında daha çıx birləşməlidirlər, problemlərin həllinə kömək etməlidirlər.
Eyni zamanda, biz deputatlar da məmurlarla əl-ələ verib bu dövlət, bu xalq üçün işləməli, çalışmalıyıq. Yəni, məmurlar bu məsələdən yaxalarını kənara çəkməməlidirlər" - deyə, millət vəkili sözlərinə əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi