Qatarların mühafizəsi gücləndirilib - Rəsmi

img

29-01-2016 [12:33]


Ötən həftə Ağstafadan Bakıya doğru hərəkət edən qatarın daşlanmasından sonra qatarlarda mühafizə gücləndirilib. Eləcə də Nəqliyyatda Baş Polis İdarəsi nəzarəti artırıb.

Bu haqda "Azadlıq" radiosuna «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

«Əlbəttə, nəzarət gücləndirilib. Qatarlarda hər zaman mühafizə olur. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı hər zaman bizi müşayiət edir», - «Azərbaycan Dəmir Yolları»nın rəsmisi bildirir.

Nadir Əzməmmədovun sözlərinə görə, QSC-nin mühafizə dəstəsi Bakı-Sumqayıt arasında hərəkət edən qatarın da təhlükəsizliyi məqsədilə nəzarəti artırıb: «Bəzən qatarlara daş atırlar. Mühafizə gücləndirilib. Həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları müəyyən ərazilərdə buna nəzarət edirlər».

Mətbuat Katibliyinin rəisi oxşar hərəkətin təkrarlanmadığını bildirir.

Yanvarın 24-də Şəmkirdə bir qrup şəxs sərnişin qatarını daşa basıb. Nəticədə 6 nəfər zərər çəkib, qatarların 14 şüşəsi sındırılıb.

Faktla bağlı cinayət işi açılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA