Gənc alimlərə bu il yeni mənzillər veriləcək

img

29-01-2016 [11:43]


Bu il bir qrup gənc alim mənzillə təmin olunacaq.

Bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

A.Əlizadə deyib ki, AMEA gənc alimlərin mənzillə təminatı istiqamətində fəaliyyətini davam etdirir: "Təəssüf ki, inşaat firmalarımız işləri bir qədər ləngidir. Söhbət AMEA yataqxanasının ərazisində tikilən yeni binalardan gedir. Gənc alimlərimiz çox səbrlə bu yeni mənzilləri gözləyirlər. Gənc alimlərə bu ümidi vermişik və buna nail olacağıq. İnşallah, bu ilin sonlarında bu yeni binalarda 60-a qədər gənc alimimiz yeni mənzillərlə təmin olunacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA