Komitə sədri:​ "Devalvasiyaya baxmayaraq, ticarət dövriyyəsi sabit qalıb"

img

29-01-2016 [11:28]


Azərbaycanda milli valyutanın iki dəfə devalvasiya olmasına baxmayaraq, ticarət dövriyyəsinin həcmi sabit qalıb. 
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. A.Əliyev deyib ki, ötən il xarici ticarət dövriyyəsi 2014-cü ilə nisbətən 60 mln. dollardan artıq olub: "Ötən il Avropa Oyunları ilə bağlı bəzi vasitələrdən vergitutma məhdudlaşıb. Həm də bəzi məhsullar var ki, onlar da gömrük rüsumları və vergilərdən azaddır". Komitə sədri deyib ki, ötən il gömrük orqanlarında qaçaqmalçılıqla mübarizə sahəsində 300 cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA