Rövnəq Abdullayev yaralanmış neftçiyə baş çəkib - FOTO

img

28-01-2016 [20:56]


Bəxtiyar Ələkbərov ötən ilin dekabr ayında "Günəşli” dəniz neft platformasında baş vermiş güclü yanğında xəsarət almış neftçilərdən biridir. 

Dəri köçürülməsi üzrə bir neçə cərrahi əməliyyatdan sonra B.Ələkbərovun müalicəsi Əziz Əliyev adına Cərrahi klinikanın yanıq mərkəzində davam etdirilir.

Mia.az haqqın.az-a istinadən xəbər verir ki, bu gün ona baş çəkməyə SOCAR prezidenti Rövnəq Abdullayev gəlib.

Bəxtiyar Ələkbərov Rövnəq Abdullayevun köhnə tanışıdır və uzun illər bir kollektivdə çalışıblar, bir müddət sonra isə eyni strukturda – SOCAR-da rastlaşıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA