"4 milyardlıq yardımdan söz gedə bilməz, biz özümüz borc veririk" - Nazir

img

28-01-2016 [17:54]


"Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz ”.

Bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

"Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz", - deyə nazir qeyd edib(APA).

Qeyd edək ki, "Financial Times" nəşri iddia edir ki, Azərbaycan BVF və DB ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə nəşrə BVF-nin nümayəndəsi bildirib.

"Reuters" agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 milyard dollar, DB-dən 1 milyard dollar cəlb etmək niyyətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA