"Gəncə-2016 Avropa gənclər paytaxtı” könüllülərinə təqdimat bacarıqları mövzusunda təlim keçrilib

img

28-01-2016 [16:54]


23-24 Yanvar 2016-cı il tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Özünü təqdim et:-Mən Azərbaycanlıyam" layihəsi çərçivəsində "Gəncə-2016 Avropa gənclər paytaxtı” könüllülərinə təqdimat bacarıqları mövzusunda təlim keçrilib.
Layihənin rəhbəri və təlimçisi Əligül Ağayev layihənin başlıca məqsədinin gənclərimizə təqdim etmə bacarıqlarının və xüsusilə "Gəncə 2016 Avropa gənclər paytaxtı” könüllülərinə il boyunca Azərbaycana, Gəncəyə gələcək qonaqlara təqdim olunması üçün lazımlı məqamların öyrədilməsi olduğunu bildirib.
Təlimdə 48 nəfər gənc iştirak edib. Təlimin ilk günündə onlara effektiv təqdim etmə və təqdimatın düzgün dizayn edilməsi öyrədilib.
Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanmış təqdimat iştirakçılara göstərilib , təlim materialları paylanılıb. İkinci gün, tədbirin hər bir iştirakçısı əksəriyyəti ilk dəfə olmaqla öz təqdimatlarını keçiridi.
Tədbirin sonunda iştirakçılara "Özünü təqdim et:-Mən Azərbaycanlıyam" layihəsi çərçivəsində "Təqdimetmə bacarıqları" təlimdə iştirak etmələri barədə sertifikartlar verilib.




- See more at: http://xeberle.com/az/view/19133/gence-2016-avropa-gencler-paytaxt-knlllerine-teqdimat-bacarqlar-mvzusunda-telim-kerilib-f/#sthash.ctCILryD.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA