28-01-2016 [16:57]
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından vətəndaşları qəbul edib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, Siyəzən rayonundan qəbula yazılan vətəndaşlar rayon Mərkəzi kitabxanasının müasir Azərbaycan ədəbiyyatına dair nəşrlərlə, Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təmin olunmasına, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun rayonlar arasında təcrübə mübadiləsinin aparılmasına, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlər qarşısında tanınmış incəsənət ustalarının konsertinin təşkilinə, yerli yazarların əsərlərinin nəşrinə köməklik göstərilməsini xahiş ediblər.
Xaçmaz sakinləri tərəfindən rayonda turizmə təhsili ocağının yaradılması, təmir-bərpa olunan "Xəzər" kinoteatrında yeni filmlərin nümayişinə köməklik göstərilməsi, rayon ərazisində aparılan arxeoloji qazıntılar və tədqiqatlara dəstək verilməsi barədə xahişlər edilib.
Quba rayonundan qəbula gələnlərin müraciətləri rayon incəsənət məktəbinin Azərbaycan bəstəkarlarının əsərlərinə aid dərs vəsaitləri ilə təminatı, turizmlə bağlı təşəbbüslərin dəstəklənməsi, mərkəzi kitabxanaya tanınmış mədəniyyət və maarif xadimi Səkinə Axundzadənin adının verilməsi barədə olub.
Qusar sakinləri tərəfindən tarix-diyarşünaslıq muzeyinin elektron bələdçi ilə təmin olunması, mədəniyyət sahəsində çalışan gənc işçilərin təcrübəsinin artırılmasına dəstək verilməsi, Heydər Əliyev Mərkəzinin fəaliyyəti, işlə təminat və digər məsələlərə dair müraciətlər səslənib.
Şabran sakinləri rayondakı mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı metodiki tövsiyələrin hazırlanması, kütləvi kitabxanalarda ali və orta ixtisas məktəbləri üçün dərsliklərə olan tələbatın ödənilməsi, Pirəbədil tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, Pirəbədil kəndinin turizm marşrutuna daxil edilməsi, yeni inşa olunmuş Qala bayraq kompleksində Bayraq muzeyinin yaradılması, Çıraqqala tarix qoruğu üçün mühafizə köşklərinin və şlaqbaumların quraşdırılması ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi