28-01-2016 [16:07]
Bu gün Biləsuvar rayon Heydər Əliyev Mərkəzində pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatı mütəxəssislərı və mülkiyyətçilərilə görüş keçirilib.
Mia.az xəbər evrir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, bələdiyyələr, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və mülkiyyətçilər iştirak ediblər.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, dünyada neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkəmizdə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın dirçəldilməsi artıq zamanın tələbidir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında da ölkə başçısı kənd təsərrüfatının, xüsusən pambıqçılığın inkişafının mühümlüyündən danışaraq qeyd etdi ki, "Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır”.
Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda bu istiqamətdə bundan sonra da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir".
Mahir Quliyev Biləsuvar rayonunun kənd təsərrüfatı rayonu olduğunu qeyd edərək bildirib ki, xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir:
"Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş kənd təsərrüfatı sahəsi olmaqla əhalinin əsas gəlir mənbələrindən olmuşdur. 1980-1985-ci illərdə pambıq əkini 14000 hektardan çox olmaqla, 37 min tondan çox xam pambıq məhsulu istehsal edilmişdir. Pambıqçılığın inkişafı üçün Biləsuvar rayonunun əlverişli torpaq-iqlim şəraiti vardır. Həmçinin becərilən ənənəvi sahə olduğundan əhalinin bu sahədə təcrübə və marağı vardır.
Müstəqillik illərində də Biləsuvar rayonunda əhali tərəfindən pambıq həmişə becərilmiş və əsas məşğulluq sahələrindən biri olmuşdur. Kənd təsərrüfatı sahəsində aparılan islahatlardan sonra da bu sahəyə maraq azalmamışdır.2005-2006 və 2011-ci illərdə Biləsuvar rayonunda 10 min hektardan çox sahədə pambıq əkini aparılmış və ən yüksək halda əhali tərəfindən 18 min tona yaxın xam pambıq məhsulu istehsal edilmişdir. Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalmışdır.
Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.
Burada pambıqçlığın inkişafı üçün əlverişli iqlim şəraitindən əlavə digər resurslarda vardır.Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul yığımında istifadə olunan ixtisaslaşmış çoxsaylı texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır.
Pambıqçılıqda düzgün becərmə işlərinin görülməsi və suvarmalar həlledici rol oynayır. Bunun üçün də aidiyyəti suvarma təşkilatlarının da üzərinə çox mühüm vəzifələr düşür. Həmin təşkilatlar indidən özlərinin balansında olan kanalların, maşın-mexanizmlərin, hidrotexniki qurğuların, nasos və mühərriklərin yenidən qurulması və hazır vəziyyətə gətirilməsinə səfərbər olmalıdırlar".
M.Quliyev bildirdi ki, pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır:
"Mülkiyyətçilərlə pambıq emalı müəssisələri müqavilə bağlayacaq ki, bu da fermerlərin məhsullarını hara təhvil verməli olacaqlarını biləcəklər.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında pambığın qiymətinin aşağı olmasına toxunan ölkə başçısı qiymətlərə yenidən baxılmasını tövsiyyə etdi ki, bu da pambıq istehsalının artmasına gətirib çıxaracaq və pambıqçılığın inkişafını stimullaşdıracaq”.
"Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov çıxış edərək bildirib ki, rayonlarda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mülkiyyətçilərə kənd təsərrüfatı kreditlərin verilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasına köməkliklər göstərirlər: "Hər bir mülkiyyətçi bu məsələlərlə bağlı təşkilata müraciət edə bilər".
Görüşdə çıxış edən pambıq mülkiyyətçiləri bu sahənin inkişafı ilə bağlı Prezidentin diqqəti və qayğısını razılıq hissi ilə qarşıladıqlarını bildirdilər və görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd ediblər.
Sonda isə ayrı-ayrı mülkiyyətçilər tərəfindən qeyd olunan problemlər ümumləşdirilərək icrası nəzarətə götürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi