28-01-2016 [15:29]
"Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın "üzən məzənnəyə” keçidi barədə qərar qəbul olundu".
Bunu Azərtac-a müsahibəsində prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. O deyib ki, indiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür.
Ə.Həsənov devalvasiyanı yalnız ziyanlı bir hal kimi qiymətləndirməyin düzgün olmadığını deyib:
"Beynəlxalq praktika, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, devalvasiya ilkin vaxtlarda əhalidə narahatlıq, ajiotaj yaradan hadisə olsa da, sonrakı mərhələdə ölkə iqtisadiyyatının və bank-maliyyə sisteminin dinamik inkişafına təkan verə bilər. Hər halda keçən ilin fevral ayında ilk devalvasiyadan dərhal sonra yaranan narahatlıq qısa zamanda keçdi və ölkənin maliyyə bazarı xüsusi çətinliklərlə üzləşmədi. Digər tərəfdən isə devalvasiya Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirdi və sosial sahədə əlavə tədbirlər görmək üçün imkanlar yaratdı.
Digər tərəfdən, 2008-ci ildə postsovet məkanında Rusiya və Gürcüstan arasında baş verən hərbi konfliktdən dərhal sonra neftin qiyməti dərhal kəskin şəkildə aşağı düşməyə başladı və qısa zaman ərzində bir barelə görə 150 dollardan 39 dollara kimi endi. Həmin dövrdə təkcə neft hasil edən ölkələrdə deyil, həm də dünyanın inkişaf etmiş iqtisadiyyatlarında da ciddi durğunluq və hətta ressesiya müşahidə olundu. Lakin bu proses çox çəkmədi və az sonra qiymətlər sabitləşdi, neftin dəyəri yenidən 100 dolları keçdi".
Ə.Həsənov yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında keçirilən etiraz aksiyalarından da bəhs edib. O deyib ki, bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur:
"Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya "xalq hakimiyyətin siyasətindən narazıdır” və buna görə də öz "etirazını bildirir”.
Əslində isə həmin "aksiyalarda” azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu "aksiyalara” devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın "narazılığı”, "etirazı” kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi