“Notariat haqqında” qanuna dəyişiklik oldu - Prezident imzaladı

img

28-01-2016 [14:21]


Prezident İlham Əliyev "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında sənəd imzalayıb.

Sənəddə deyilir:

"Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487) aşağıdakı dəyişikliklər edilsin:

1. 39-cu maddənin dördüncü hissəsində "Azərbaycan Respublikası limanının rəisinə” sözləri "Azərbaycan Respublikasının dəniz limanı idarəsinə” sözləri ilə əvəz edilsin.

2. 41-ci maddənin birinci hissəsində "qeydə alındığı limanın” sözləri "qeydiyyat limanının” sözləri ilə əvəz edilsin.

3. 82-ci maddənin ikinci hissəsinə "limanında” sözündən əvvəl "dəniz” sözü əlavə edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA