Akif Əlizadə: “AMEA-nın bəzi institutları birləşə bilər”

img

28-01-2016 [11:56]


"Akademiyanın bəzi institutlarının birləşdirilməsi məsələsinə baxıla bilər. Alimlər bunu müzakirə etməlidir. Yekun fikir olanda ictimaiyyətə açıqlanacaq”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
 
O qeyd edib ki, AMEA-nın bəzi institutlarının birləşdirilməsi hər zaman gündəmdə olub: "Bilirsiniz, zamandan çox şey asılıdır. Zaman var ki, elmi istiqamətlər şaxələnir, inkişaf edir. O zaman elmi idarələrin, elmi qurumların sayı artır. Bu, bəlkə həmin zamanın tələblərinə uyğundur. Amma elə zaman da olur ki, elm təbiət kimi inteqrasiya olunur. Təbiətin özündə siz fizikanı kimyadan ayıra bilməzsiniz. Mən demirəm ki, indi Fizika və Kimya İnstitutları birləşməlidir. Amma biz imkan tapıb bu məsələni müzakirə etməliyik. Yəni bunlar inteqrasiya olunan şəraitdə elmə bəlkə də bugünkündən bir qədər artıq səmərə verə bilərlər”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA