Nazirdən sərt addım: 9 rəis işdən çıxarıldı, 4-nə töhmət verildi

img

27-01-2016 [17:10]


Kənd Təsərrüfatı Nazirliyindən kollegiya iclası keçirilib.

Nazirlikdən  verilən məlumata görə, iclasda nazir Heydər Əsədov baytarlıq tədbirlərinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi üçün rayon və şəhər Baytarlıq İdarələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA