Məmur övladları Bakıda "Las-Veqas" qurub, dollar səpdilər - Video

img

27-01-2016 [16:52]


Bu günlərdə sosial mediada ciddi şəkildə tənqidə məruz qalan videoçarx paylaşılıb.

Ölkənin ən ağır dönəmində pul pul deməyən məmur övladları bir araya gələrək "Las-Veqas" qurublar. Kütləvi şəkildə əxlaqsızlığı, içkibazlığı, harınlığı təbliğ edən video cəmiyyətdə qıcıq yaradıb. Videonu paylaşan onlarla vətəndaş bunu ölkədə qəsdən qarışıqlıq yaratmaq, insanların çətin durumunda qıcıq yaratmaq və beləliklə siyasi sabitliyi pozmağa cəhd kimi qiymətləndiriblər.

İnsanlar sosial problemlərlə məşğul olarkən və ölkə bu böhrandan çıxış yolları axtararkən, bəzi şəxslər qəsdən Bakıda insanların əsəblərini tarıma çəkirlər.

Videodan da aydın görünür ki, Gənclər Bakıda keçirilən bu əyləncə zamanı bütün oyunlardan çıxırlar.

Göyə dollarlar səpilib, qumar oynanılıb, içkilər su kimi içilib./yenicag


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA