"Vəzifədən qovmaq, ya da həbsxanaya salmaq lazımdır" - Deputat Məhərrəm Əliyevə "ilişdi"

img

27-01-2016 [15:09]


"Prezident İlham Əliyev dəfələrlə məmurlara və məmur övladlarına xəbərdarlıq etsə də, bəzi məmur övladları qanun pozmaqda, qoçuluq etməkdə davam edir"

Bunu deputat, ASDP sədri Araz Əlizadə Ölkə.az-a açıqlamasında deyib.

Xatırladaq ki, dünən general-leytenant Məhərrəm Əliyevin və qardaşı deputat Adil Əliyevin yaxın qohumu İsa Əzizov və dostları yanacaqdoldurma stansiyasın işçisini döyüblər.

Hazırda yanacaqdoldurma stansiyasının işçisini döyən şəxslər Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində saxlanılırlar.

Bununla bağlı deputat Araz Əlizadə deyib ki, qanun hamı üçün qanundur:

"Qanunu heç kəsi pozmağa ixtiyarı yoxdur. İstəyir məmur olsun, istəyir fəhlə olsun, qanunu pozan insan həbsxanaya getməlidir.

Həmin adamların qohumları vəzifədədirsə elə onların arxayın olduqları qohumlarını vəzifədən qovmaq lazımdır, ya da həbsxanaya salmaq lazımdır. Onlara ən ağır cəza vəzifədən uzaqlaşdırmaq cəzasıdır. Onlar türməyə düşməyə razıdır, ancaq vəzifədən çıxmağa yox. Məmurlar isə təkcə özlərinə görə yox, həm də ətraflarına, qohumlarına görə cavabdehdirlər. Bunu prezident dəfələrlə səsləndirib. Digərlərinə göz dağı vermək üçün qanun pozanlar daha ağır cəzalandırılmalıdır".

Qeyd edək ki, bu kriminal hadisə genralın qohumu İsa Əzizovun adı ilə bağlı ikinci məsələdir. İsa Əzizov və dostları ötən il barda qızları döymüşdü.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA