27-01-2016 [12:47]
"AŞPA-da müzakirə olunan hər iki qətnamə layihəsinin müəllifi mənəm. Daha doğrusu, üç qətnamə layihəsi var idi: birincisi, Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatı, ikincisi Melitsa Markoviçin Sərsəng su anbarı ilə harayı ilə hesabatı, üçüncüsü, girov götürülmüş iki azərbaycanlıyla bağlı layihəsi. Lakin o vaxt fitnəkar, Azərbaycanın düşməni olan AŞPA-nın baş katibi Voytsex Savitski sonuncu qətnamə layihəsini ört-basdır etməyə çalışdı".
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov deyib. Millət vəkili APA-ya müsahibəsində bildirib ki, 3-cü qətnamə layihəsinin bəndlərindən biri Ermənistanın hər iki girovun tezliklə azadlığa buraxması tələbi idi:
"Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat komitələrdə də böyük səs çoxluğu ilə qəbul olunmuşdu. Ancaq son mərhələdə sənədin qəbul olunmaması artıq gözlənilən idi. Bunun səbəblərindən biri diplomatiyamızın, mediamızın, siyasətçilərimizin bu məsələdə lazımı səyi göstərməməsidir.
Çox maraqlıdır, işğalçı, təcavüzkar ölkə öz işğalını, təcavüzünü avropalıların məntiqinə yeridir, bu işdə "günahsızlığını” göstərmək istəyir. Elə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı da bir çağırış idi. Bu işdə ən böyük zərbəni o bəyanat vurdu.
Həmçinin, Avropanın ən böyük partiyası olan Avropa Xalq Partiyasının sədri məhz Sərkisyan ona məktubla müraciət etdiyi üçün gəlib qrupuna təsir etdi, onları öz iclaslarında bu hesabata səs verməməyə çağırdı. Bütün bu proseslər əlbəttə bizi məğlubiyyətə düçar etdi”.
E.Süleymanovun sözlərinə görə, bu hesabatın kökü, qüdrəti adı ilə bağlı idi:
"23 ildə həmişə bu məsələlər müzakirə olunanda işğal edilmiş ərazilər qeyd edilməyib, ancaq "Dağlıq Qarabağ münaqişəsi” deyilib. Axı bu münaqişə deyil, münaqişə tərəflər arasında ziddiyyətdir.
Burada konkret olaraq işğaldan söhbət gedir. Məhz buna görə də Ermənistan Avropa Şurasına üzv dövlətlərin prezidentlərini, baş nazirlərini, xarici işlər nazirlərini, hökumət nümayəndələrini bu hesabatın ləğvinə cəlb etmişdilər”.
Elxan Süleymanov böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduqlarını bildirib: "Hesab edirəm ki, AŞPA demokratiya evi deyil, bura istədiyini edə bilən bir təşkilatdır. Bunlar bir gün belə edir, sabah başqa cür. Bunlar göz görə-görə işğal faktını dandılar.
Mən buna, əlbəttə, çox təəssüflənirəm. Avropa Şurası nüfuzunu itirmiş təşkilatdır. Bu təşkilat yalançı, fırıldaqçı qətnamə və sənədləri ilə dünyanın gözünü bağlayır, sadə insanları aldadır, ictimai fikri çaşdırır”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində ötən gün "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” qətnaməsi 98 lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi