27-01-2016 [11:28]
Ucar rayon Mərkəzi Xəstəxanasında yenidən qalmaqal yaşanıb.
Bu barədə rayon sakini Nurlan Tağıyev baku.ws-ə məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı ağır xəstə olan azyaşlı qızını xəstəxanaya aparıb. 40-dan yuxarı qızdırma içində olan qızını xəstəxananın həkimi, uşaq şöbəsinin müdiri Səidə Ələkbərovanın qəbuluna aparmaq istəyiblər. Bu zaman xəstəxananın digər uşaq həkimi Şəhla doktorun tibb bacıları qadına Səidə həkimin otağına getməyə icazə verməyiblər.
"Səidə həkimin yanına getmək üçün iki giriş var. Birinci giriş üçün Şəhla həkimin qəbul şöbəsində keçib getmək lazımdır. İkinci giriş isə xəstəxana binasının digər hissəsindədir. Uşağı ağır vəziyyətdə birinci girişdən aparıblar ki, həkimə tez çatdırsınlar. Bu zaman Şəhla həkimin işçiləri mane oldular. Qızdırma içində olan uşağı rahat şəkildə həkimin yanına aparmağa imkan verməyiblər. Xanımımı xəstə uşaqla məcbur ediblər ki, aşağı düşərək digər girişdən keçsin”, - deyə Nurlan Tağıyev bildirib.
Onun sözlərinə görə, tibb bacıları uşağın ağır xəstə olmasına məhəl qoymayıblar: "Bu problem həmişə olur. Səidə həkimin yanına gələn xəstələrə Şəhla həkimin tibb bacıları problem yaradır”.
Qeyd edək ki, həmin xəstəxanada buna oxşar hadisələr tez-tez olur. Deyilənlərə görə, həkimlər xəstələrə təzyiq edirlər ki, onların yanına gəlsinlər.
Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri Səidə Ələkbərova ilə əlaqə saxladıq. Həkim baku.ws-ə açıqlamasında bildirdi ki, Şəhla həkim xəstəxananın uşaq reanimasiya şöbəsinin müdiridir.
"Artıq məsələ ilə bağlı danışmışam. Tapşırmışam ki, xəstələr gələndə onlarla kobud rəftar etməsinlər. İmkan daxilində kömək etsinlər. Bütün xəstələrə də tapşırmışam ki, mənimm yanıma gəlmək üçün ikinci girişdən istifadə etsinlər. Valideynlər özləri hansı həkimə istəsələr müraciət edə bilərlər”, - deyə Səidə Ələkbərova bildirib.
Xəstəxananın baş həkimin müavini Ata Hacıyev də baku.wsə açıqlamasında bildirdi ki, hadisədən xəbərdardır. Onun sözlərinə görə, artıq problem həllini tapıb.
"Nurlanın keçmək istədiyi giriş reanimasiyanındır. Xəstəxana təmir olunduğu vaxt Səidə həkimin yanına gələnlər də müvəqqəti olaraq oradan istifadə edirdilər. Təmirdən sonra oradakı giriş bağlıdır. İndi Nurlan Tağıyevin də həyat yoldaşı oradan keçmək istəyib. Problem yaranmışdı, artıq məsələ həll olunub”, - deyə Ata Hacıyev vurğulayıb.
Problemin həll olunduğu deyilsə də əslində əsl problem həkim və tibb bacılarının xəstə və xəstə yaxınlarına münasibətindədir. Düşünürük ki, temperaturu 40-dan yuxarı olan bir uşağın xəstəxananın hansı girişindən xəstəxanaya daxil olması problem olmamalıdır. Tibb bacıları xəstəni daha tez həkim yanına çatdırmağın qayğısına qalmalıdırlar.
Xəbəri bəyəndin
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi