Çökən univermaqla bağlı İcra Hakimiyyətindən açıqlama

img

26-01-2016 [20:19]


Suraxanı rayonu ərazisində dam örtüyü uçan bina 20 ildən artıqdır ki, fəaliyyət göstərmir.

Mia.az xəbər verir ki, bunu report-a Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov deyib.

"Hadisə zamanı xəsarət alanlar binanın dam örtüyünü qardan təmizləmək üçün ora çıxan şəxslərdir. Həm küləyin, həm də qarın ağırlığına tab gətirməyən dam örtüyü çöküb və həmin iki nəfər xəsarət alıb", - deyə o bildirib.

Şöbə müdiri əlavə edib ki, Bakı şəhəri ərazisində ən çox qar Suraxanı rayonuna düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA