Gömrükdə hansı islahatlar aparılır? - Aydın Əliyev danışdı

img

26-01-2016 [16:44]


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində gömrük sahəsi üzrə panel iclas keçirilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitə sədri Aydın Əliyev Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib.

Aydın Əliyev deyib: "Burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır”.

Gömrük sahəsində ötən il görülən işlər haqda məlumat verən komitənin sədri Aydın Əliyev sahibkarların suallarını cavablandırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA