26-01-2016 [12:18]
"A (H1N1) virusuna qarşı bütün sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər davamlı olaraq həyata keçirilir”.
Bu barədə Dövlət Gömrük Komitəsindən Mia.az-a daxil olan məlumatda qeyd olunub.
Bildirilir ki, yanvarın 25-də bəzi kütləvi informasiya vasitələrində A (H1N1) virusuna qarşı gömrük və səhiyyə orqanları tərəfindən həyata keçirilən tədbirlər, ölkəmizə gələn bəzi vətəndaşların gömrük-sərhəd keçid məntəqələrində yoxlamalara cəlb edilməməsi barədə məlumatlar yayımlanıb: "Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində A (H1N1) virusu daşıyıcılarının müəyyən edilməsi və bu məsələlər üzrə həyata keçirilən əks-epidemik tədbirlər barədə məlumatları mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırıb.
Görülən tədbirlər üzrə Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır. Gömrük və səhiyyə orqanlarının müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər mütəmadi həyata keçirilir.
Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır və xəstəliyə yoluxma əlamətləri (yüksək hərarət, öskürək, qusma və s. simptomlar) aşkar edilərsə həmin vətəndaşların təcrid olunması, sanitariya-karantin həkimləri vasitəsi ilə xüsusi müəyyən edilmiş izolyator tipli otaqlarda müayinə aparılması, fakt barədə dərhal müvafiq səhiyyə qurumlarına məlumat verilməsi mexanizmi işlənib hazırlanıb.
Görülən işlər gömrük orqanlarında çalışan mütəxəssislər tərəfindən sistematik olaraq nizamlı surətdə müşahidələr aparılmaqla həyata keçirilir, şübhəli hal aşkarlanmadıqda şəxslər sorğu-suala cəlb edilmirlər. Eyni zamanda, ölkə ərazisinə daxil olan bütün sərnişin daşıyan nəqliyyat vasitələrinin (təyyarələr, qatarlar və s.) bələdçiləri ilə səyahət zamanı sərnişinlər arasında hər hansı bir xəstəliyə yoluxma halının mövcud olması barədə mütləq qaydada sorğu-sual aparılır”.
Dövlət Gömrük Komitəsi əhaliyə müraciətlə tövsiyə edir ki, hər hansı şəxs səyahət zamanı istər özündə, istərsə də ətrafındakı insanlarda şübhəli hal müşahidə etdiyi təqdirdə dərhal gömrük-sərhəd keçid məntəqələrində fəaliyyət göstərən əməkdaşları məlumatlandırsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi