"Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki..." - Müdafiə Nazirliyi

img

26-01-2016 [11:47]


Azərbaycan Müdafiə Nazirliyi cəbhədə bizə məxsus diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir fəaliyyət həyata keçirməyib: "Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün səhər saat 04.00 radələrində guya Azərbaycan diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd edib və cəhdin qarşısı alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA