Bakıda yollar buz bağlayıb

img

26-01-2016 [10:01]


Bakıda ötən gündən başlayaraq yağan qar şiddətlənməyə başlayıb.

Güclü qar yolların buz bağlanması ilə nəticələnib. Qarla bərabər güclü küləyin əsməsi insanların küçələrdə hərəkətini çətinləşdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yolların sürükşən olması ilə əlaqədar sürücülərə daha ehtiyatlı olmaları və ara məsafəsini gözləmələri tövsiyə edir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq edib. Bu gün ölkə ərazisində güclü şimal küləyinin əsəcəyi, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənildiyi, bəzi yerlərdə çovğun olacağı ehtimalı, hətta yolların buz bağlayacağı qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA