Azərbaycanda vulkan püskürdü

img

26-01-2016 [09:55]


Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb. 

Mia.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.


Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA