Hansı yüksək vəzifəli məmurun oğlu hamilə qadının ölümünə səbəb oldu?

img

25-01-2016 [21:56]


Azərbaycanda məmur özbaşınalığından, korrupsiya və rüşvətxorluq hallarından ictimaiyyət kifayət qədər məlumatlıdır. Bununla yanaşı, bəzi yüksək vəzifəli məmur övladlarının qudurğan həyat tərzləri də ölkə vətəndaşlarının, eləcə də dövlət başçısının diqqətindən yayınmır və bu barədə dəfələrlə yüksək səviyyədən həmin şəxslərə və onların valideynlərinə xəbərdarlıq edilib. Amma hələ ki, bu xəbərdarlıqların ciddi nəticəsı yoxdur.

Reyting.az saytına daxil olan məlumata görə, daha bir yüksək vəzifəli məmur övladının ölkə qanunlarına, onun vətəndaşlarına qarşı saymamazlığı bugünlərdə faciəyə səbəb olub.

Saytın iddiasına görə, yüksək vəzifəli şəxsin oğlunun yol hərəkəti qaydalarına əməl etməməsi, avtoxuliqanlıq əməli yolu keçmək istəyən hamilə qadının - bətnindəki körpəsi ilə birgə - faciəvi şəkildə həlak olması ilə nəticələnib.

Həmin məmurun müxtəlif vasitələrlə bu işi ört-basdır etməyə çalışdığı da verilən məlumatlar sırasındadır. Ehtimal edilir ki. həmin məmur hadisədən xəbər tutan kimi müvafiq qurumlara qəzanın video-müşahidə kameraları vasitəsi ilə lentə alınmış görüntülərini ləğv etməyi tapşırdıb. Həm də iddia olunur ki, zərərçəkmiş ailə ilə - hadisəni törətmiş şəxsin kimliyinı dəqiq bildirməmək şərti ilə - danışıqlar aparılması üçün göstəriş verilib.

Sayt iddia edir ki, bu hadisənin tam təfərrüatı onlara bəlllidir. Və həmin məmur hakimiyyətin yuxarı dairələri ilə yaxın qohumluq əlaqəsi olan bu şəxs böyük bir ailənin təmsilçisidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA