Nazirlik araşdırır: Müəllimə döydüyü şagirdlə qohum imiş - Videonu valideyn yayıb

img

25-01-2016 [16:21]


"Xırdalandakı 9 saylı məktəbdə müəllimin şagirdi döyməsi faktı oktyabr ayında baş verib”.

Bunu Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib.

O bildirib ki, hazırda valideyn, müəllim və direktor Təhsil Nazirliyindədir: "Onların izahatları alınır”.

A. Nağıyev qeyd edib ki, müəllim və valideyn qohumdurlar: "Çox maraqlıdır ki, videonu da valideyn çəkib”. 

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video yayılıb. Təhsil Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA