25-01-2016 [15:04]
"Son vaxtlar bəzi KİV-dəavtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması barədə şikayətlərinə rast gəlinr".
Bu sözlər "Azpetrol" şirkətinin Mətbuat katibi Camal Zeynaloğlunun Mia.az-a göndərdiyi açıqlamada yer alıb.
Mətbuat katibi bildirib ki, bəzi saytlar buna qərəzli yanaşaraq şirkətin nüfuzuna qəsdən xələl gəlməsinə vəşirkət haqqında yanlış fikir formalaşdırmağa çalışırlar:
"Biz 06.01.2016 il tarixdə mətbuata yaydığımız açıqlamada yanacağın müştərilərin avtomobilinə düzgün vurulmamasına və ya yanacaq çəninə artıq yanacaq vurulması barədə şikayətlərə aydınlıq gətirmişdik.
Bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur.
Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən "VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür.
Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı(menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır.
Onu da nəzərinizə çatdırırıq ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür.
Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın "Tatsuno” və Türkiyənin "Petposan”şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim Şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir.
Biz, Azpetrol Şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq. Biz onları hər zaman məmnun etmək istəyirik, yoxsa müştərilərimizi özümüzdən niyə incik salaq ki?!
Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və belə olan halda onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər. Yanacaq bazarında rəqabət olduğu halda, biz müştərilərimizi nədən itirək ki?!
Onu da qeyd edək ki, müştərilərimizə qarşı işçilərimizin hər hansı səhv və ya kobud hərəkətinə görə Şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi