Azərbaycan Ordusu strateji zirvəni ələ keçirdi - Nazirlik təsdiqlədi (FOTOLAR)

img

25-01-2016 [14:43]


Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni strateji yüksəkliyi ələ keçirib.

Modern.az saytı Ermənistanın KİV-nə istinadən xəbər verir ki, Noyamberyan rayonunun Baqanis kəndinin sakinləri (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd) yaxınlıqdakı strateji yüksəkliyin Azərbaycan ordusunun nəzarətinə keçdiyini bildiriblər.

Onların sözlərinə görə, "Odndax” adı verilən yüksəklikdən bütün Baqanis kəndi və ətraf ərazilər asanlıqla görünür.

Erməni jurnalistlər həmin yüksəskliyin fotolarını da çəkib. Modern.az saytı şəkilləri təqdim edir.

****

Azərbaycan Müdafiə Nazirliyi "Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb:

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Mia.az





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA