25-01-2016 [13:06]
Hesablama Palatasının Bakının Səbail rayonu ilə yanaşı, Sumqayıt, Mingəçevir, Xaçmaz və digər rayonlarda büdcə vəsaitlərinin talan edilməsiylə bağlı açıqladığı hesabat diqqəti yerli icra qurumlarının üzərinə yönəldib.
Xatırldaq ki, həmin hesabatlarda rayon icra başçılarının büdcədən ayrılan vəsaitləri təyinatı üzrə xərcləmədikləri, tenderlərlə qiymətləri dəfələrlə şişirtmələri, eyni zamanda, qanunvericiliyə zidd olaraq pul vəsaitlərinin nəğd şəkildə ödəmələri və sair hallar qabardılıb və müvafiq tədbiurlər görülməsi üçün aidiyyatı qurumlara göndərilib.
Mia.az diqqəti bu məqama yönəldir ki, Palata bu barədə nə tabe olduğu Milli Məclisə, nə də prokurorluq orqanlarına toplanmış materiaları göndərib, qanunla tədbir görülməsini tələb edib. Bu isə Vüqar Gülməmmədovun sədri olduğu Hesablama Palatasının məqsədini şübhə altına salır.
Yəni necə olur ki, korrupsiya aşkarlanır, ancaq müvafiq tədbiq görülməsi üçün toplanan materiallar və yoxlama aktları yenidən İcra Hakimiyyətinə göndərilir?
Axı, bu qanunsuzluğu edən onu aradan qaldırmaq üçün hansı addımı ata bilər?
Ümumiyyətlə, bu günədək Hesablama Palatasının yoxlamalarına görə hansı icra başçıları və ya iri çəkili məmur cəzalandırılıb?
Bu və ya digər məlumatlarla bağlı Mia.az-a açıqlama verən və adının məxfi saxlanılmasını xahiş edən Palata əməkdaşlarından biri deyib ki, palatanın bu günədək ən yaxı sayılan tədbiri təyinatından yayındırılan vəsaitlərin bir hissəsinin yenidən büdcəyə qaytarılmasından ibarət olub:
"Ancaq ümumilikdə götürəndə ortadan yoxa çıxan çox böyük vəsaitlərin "havalandığı” da göz qabağındadır.
Məsələn, ötən il Palata rabitə sektorunda yoxlama aparıb. Təxminən 20-50 milyon manat büdcəyə geri qaytarılmallı vəsait aşkarlansa da, o pullar geri ödənilmədi. Düzdür, bildyim qədəri ilə yeyinti aşkarlanan təşkillatların bəzilərinin hesabına sanksiya qoyularaq, həmin pulların bir qisminin tutulmasına cəhd edildi. Ancaq sonrasından xəbərsizəm”.
Məlumatlı şəxs deyir ki, artıq elə vəziyyət yaranıb ki, bundan sonra proses daha belə getməyəcək:
"Çünki ölkkədə yaranman iqtisadi durum büdcə vəsaitlərinə qənaət etməklə yanaşı, korrupsionerlərin büdcəyə yönələn "əli”ni kəsməyi tələb edir. Ona görə də Maliyyə Nazirliyi başda olmaqla, Hesablama Palatasına qədər hamısına bu istiqamətdə ciddi tapşırıqlar verilib. Siz yanvarın 20-də Şəhidlər Xiyabanında jurnalistlərə açıqlama verən Vüqar Gülməmmədovun "kimsə bizə təsir edə bilməz” xəbərdarlığını yəqin oxudunuz. O, bununla icra başçıları, nazirlər və komitə sədrlərinə daha əvvəlki kimi olmayacağı mesajını verdi. Yəni palata sədri daha kəskin tədbirlərə işarə verməklə, qarşıda yeni cəza mexanizmlərinin işə salınacağını diqqətə çatdırdı. Düşünürəm ki, bu, belə də olacaq”.
Məlimatlı şəxs deyir ki, rayon icra başçıları büdcədən ayrılan vəsaitlərin böyük hissəsnin mənimsəməklə işlərini bitmiş saymayıblar:
"İcra başçıları rəhbərlik etdikləri rayonu ata təsərrüfatı hesab edərək, istədikləri kimi davranıblar. Onlar büdcədən ayrılan və dotasiya şəkilində verilən pulları sənəd üzərində iş görüblərmiş kimi rəmiləşdiriək, mənimsəyiblər.
Bununla kifayətlənməyən başçılar rayonun gəlirlərini də təyinatından yayındırıblar. Onlar yaxınlarının adına yaratdıqları və qısa müddət sonra isə bağladıqları MMC-lər vasitəsiylə guya rayonda təmir-tikinti, abadlıq işləri gördürməklə, pulları siliblər. Nəticədə elə rayon var ki, həmin rayona il ərzində 2-3 milyon pul ayrılsa da,gəlirinə baxmayaraq, bəzi həllinin gözləyən problemlərin heç biri həll edilməyib. Əksinə, rayonda problemlər daha da dərinləşib.
Məsələn, bu günlərdə etiraz olan Siyəzənin son illər əlavə olaraq 4 (dörd) milyon dotasiya ayrılıb. Hələ buraya Prezidentin ehtiyyat Fondundan ayrılan vəsaitləri də əlavə etsək, o zaman bu vəsaitin bir neçə dəfə artıq olduğunu görmək olar. Ancaq bu rayonun İcra Hakimiyyəti müvafqi saxta sənədlər təqdim etməklə büdcədən əlavə dostasiya alıb, onların bir qismini təyinatından yayındırıb.
Və yaxud nazir Ziya Məmmədovun doğma rayonu olan Ucarda da oxşar proses gedib. Ancaq bu rayonun icra başçısı hesabatında rayona guya 15.612.752 min manat pul xərcləyib. Yəni aradakı fərq 11 milyonu aşır və icra başçısı həmin vəsaiti dostasiya şəkilində müxtəlif yollarla büdcədən almağı bacarır.
Digər etiraz aksiyası keçirilən rayona – Ağcabədiyə diqqət edək. Bu rayonda gəlir 8 milyon 375 min olsa da, icra başçısı rayona 24 milyon 835 min, 832 manat guya vəsait xərclənməsi haqda sənəd tərtib etdirib. Arada qalan təxminən 16 milyonu isə büdcədən dotasiya şəkilində alıblar.
Bu 3 rayon üzrə açıqladığım rəqəmlərdir. Bu məbləğlərə Prezidentin ehtiyyat fondundan ayrılan vəsaitləri də əlavə etsək, o zaman Azərbaycanın 68 şəhər və rayon icra hakimlərinin nə qədər böyük talançılıqla məğul olduğunun ən sadə oxucu da aydın şəkildə dərk edə bilər”.
Məlumatlı şəxs deyir ki, hazırkı böhranlı vəziyyət hakim dairələrin "qulağı”nı açıb. İndi onlar icra başçılarının korrupsiya yolu ilə milyonçu olmalarının, Bakıda, əyalətlərdə, hətta Avropa ölkələrində hansı vəsaitlə villalar almalarını və böyük biznesləri hansı vəsaitlərlə qurmalarını araşdırmaq qərarına gəliblər:
"Bu məqsdlə dövriyyəyə ilkin olaraq Hesablama Palatası buraxılıb. Qarşıda isə icra başçılarını Maliyyə Nazirliyi ilə prokrorluğun sınağı gözləyir”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi