Hava şəraiti kəskin dəyişdi - Nazirlik xəbər yaydı

img

25-01-2016 [11:42]


Azərbaycanda qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA