Zakir Qaralovun qəbul qrafiki açıqlandı

img

25-01-2016 [11:01]


Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov yanvarın 29-da saat 11:00-da Xızı Rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərində, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu vəcontact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA