25-01-2016 [10:55]
Yanvarın 24-də ölkə gündəmini zəbt edən sensasion bir məlumat yayıldı. Azərbaycanlı bir xanımın Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa alması mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusu oldu.
Məlumatı sensasion edən isə 16 villa alan Salyan rayon sakini 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının SOCAR-ın yüksək vəzifəli şəxslərindən birinin həyat yoldaşı olmasıdır. Onun həyat yoldaşı SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevdir.
Mia.az xəbər verir ki, musavat.com bu məlumatdan sonra internet resurslarının köməyi ilə kiçik bir araşdırma aparıb. "Parselsorgu.tkgm.gov.tr" saytından bu villaların həqiqətən də K.Mehdiyevaya məxsus olub-olmadığını öyrənmək və əlavə bilgilər əldə etmək mümkün olub.
Bu sayt Türkiyə Elm Texnologiya Birliyi, Coğrafi Məlumat Sistemləri İdarəsi və Mülk Sənədləri İdarəsinin birgə layihəsidir. Bu rəsmi sayt vasitəsi ilə torpaq sahəsi alan hər bir kəs buradan aldığı mülkün onun adına rəsmiləşdirilib - rəsmiləşdirilmədiyini, ona təqdim olunan sənədlərdə göstərilən məlumatların doğru olub-olmadığını yoxlaya bilir.
Bu internet resursunda göstərilən bütün məlumatlar rəsmi məlumatlardır. Və bu məlumatlardan yalnız mülk sahibləri onlara verilən rəsmi sənədlərdə göstərilən şifrələrdən istifadə edərək bilgi ala bilirlər.
K.Mehdiyevanın mülkləri haqda yayılan sənədlərdəki məlumatlardan (özəl kodlardan) istifadə edərək bu saytdan bəzi yeni məlumatlar öyrənə bilirik. "Tapu sənədi”ndə göstərilən məlumatlardan istifadə edərək azərbaycanlı məmur xanımının aldığı dəniz kənarındakı 16 yanbayan villaları görmək mümkündür.
Rəsmi saytda göstərilən məlumatda, villaların hansı ərazidə olması, nə qədər sahəni əhatə etməsi qeyd edilir. Məsələn, villalar Muğlanın Bodrum rayonunda, Gökçebel qəsəbəsindədir. Rəsmi sənəddə 16 ikimərtəbəli villanın olduğu qeyd edilir. Ümumi sahəsi isə 12 621.71 kvadratmetrdir.
Həmçinin onu da qeyd edək ki, yayılan rəsmi sənədlərdə bir villa ərazisi üçün ödənilən məbləğin 200.000 türk lirəsi olduğu göstərilir. Ümumilikdə isə hesablasaq 16 villa ərazisi üçün bu məbləğ 3 milyon 200 min türk lirəsi edir. İnternet resurslarında isə bu bölgədə lüks villaların qiyməti 650-750 min türk lirəsi olaraq göstərilir.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi