Kim haqlıdır: Palata sədri, yoxsa icra başçısı?

img

24-01-2016 [17:45]


Xəbər verildiyi kimi, Hesablama Palatası Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində nöqsanlara yol verildiyi ilə bağlı məlumat yayıb. 

Mia.az xəbər verir ki, bununla bağlı Xaşmazın icra başçısı unikal.org-a açıqlama verib. O, deyib ki, Xaçmaz Rayon İcra Hakimiyyəti haqqında gedən informasiyalar həqiqətə uyğun deyil: "Artıq neçə ildir ki, bu rayona rəhbərlik edirəm və hər zaman çalışmışam ki, mənə göstərilən etimadı doğruldum. Bunun isə yalnız bir yolu var, doğru-dürüst çalışmaq. Heç vaxt rəhbəri olduğum sahədə əyintilərə yol verilməsinə imkan verməmişəm, bundan sonra da bu cür davam edəcəyəm. Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində heç bir nöqsan ola bilməz. Dövlət büdcəsinin hər qəpiyi dəqiqliklə xərclənib. Ona görə də bu cür cəfəng iddialara baş qoşmaq lazım deyil. Mən 76 yaşımda adıma, nüfuzuma, iş prinsipimə xələl gətirəcək hər hansı bir addımın atılmasına imkan vemərəm. Bu cür qeyri-dəqiq informasiyalar bizi yolumuzdan döndərə bilməz. Uzun illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında çalışıb, onun idarəçilik təcrübəsini öyrənmişəm. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsgəri kimi öz vəzifə borcumu yerinə yetirirəm, bundan sonra da yetirəcəyəm.

Onu da qeyd edim ki, ümumiyyətlə, Xaçmaz rayonu ilə bağlı yayılan bu cür əsassız məlumatlar rayon sakiləri tərəfindən də birmənalı qarşılanmır”. 

Göründüyü kimi, icra başçısı Hesablama Palatasının rəsmi yoxlama əsasında hazırladığı hesabatı nəinki qəbul edib, hətta bu hesabatın yayılmasının dolayısı ilə təxribat sayıb. Üstəlik, Palataya meydan oxuyan ifadələr də işlədib. 

İndisə ortaya belə bir sual çıxır: Kim haqlıdır. korrupsiya var deyən Vüqar Gülməmmədovun sədri olduğu Hesablama Palatası, yoxsa icra başçısı? 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA