24-01-2016 [16:42]
Azərbaycanda "Elm haqqında” qanun layihəsinin yeni hazırlanan variantında elmi fəaliyyətlə məşğul olmaq üçün qoyulan məhdudiyyətlər götürülür.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
"Elm haqqında” qanun layihəsinin bundan əvvəlki variantında elmi fəaliyyətin məhdudlaşdırılması ilə bağlı ayrıca bölmənin olduğunu deyən komitə sədri qeyd edib ki, həmin layihəyə görə elmi fəaliyyətin bəzi növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhdudiyyətlər qoyula bilərdi.
Amma İ.Həbibbəyli bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyacın olmadığını deyib: "Həmin bölmə layihədən birdəfəlik çıxarıldı. Çünki elm yaradıçılıq işidir, daha çox müstəqil düşüncə tələb edir”.
İ.Həbibbəyli qeyd edib ki, elmi müəssisələrin 3 il müddətinə akkreditasiyadan keçməsi nəzərdə tutulurdu. Yeni layihədə bu müddətin 5 ilə qaldırılması, eyni zamanda elmi işçilərin təcrübə keçmə müddətinin əhəmiyyətli dərəcədə artırılması təklif edilir.
"Elm haqqında” qanun layihəsinin üzərində 7 ilə yaxın müddət ərzində işlənildiyini və layihənin artıq Milli Məclisdə I oxunuşda qəbul edildiyini xatırladan komitə sədri həmin layihənin müasir dövrün tələbləri baxımından təkmilləşdirilməsini zəruri sayıb.
İ.Həbibbəyli əlavə edib ki, komitə iki aya yaxın müddət ərzində müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə məsləhətləşməklə layihə üzərində yenidən işləyib: "Qanun layihəsinin təkmilləşdirilmiş variantının hazırlanması artıq başa çatmaq üzrədir. Yanvarın sonunadək "Elm haqqında” qanun layihəsinin yeni variantı komitədə müzakirə ediləcək və layihənin II oxunuşda qəbulu məqsədilə Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsi üçün təqdim ediləcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi