24-01-2016 [15:20]
Bu gün ölkənin aparıcı müxalifət partiyaları bir araya gələrək ölkədə baş verən böhranla bağlı toplantı keçirib.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, KXCP, AXP, ADP, Ümid Partiyalarının rəhbərləri, "Ağ blok", Bakı Kəndlər Birliyi də daxil olmaqla, tədbirdə iki yüzdən artıq şəxs iştirak edib. Tədbir dövlət himni ilə başlanıb.
KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, uzun müddətdir ki, müxalifət bu cür, bu şəkildə bir araya gəlmirdi: "Buna görə iqtidara təşəkkür düşür”.
Ümid sədri İqbal Ağazadə isə qeyd edib ki, bu tipli tədbirlərin geniş tərkibdə və müntəzəm keçirilməsi vacibdir: "Hesab edirəm ki, bu insanlar, buradakı ictimai-siyasi düşərgənin təmsilçiləri bu cür tədbirəri davam etdirməyin yollarını aramalıdırlar. Bundan sonra da bu tipli tədbirlərin keçirilməsi, xalqın problemlərinin qaldırılması istiqamətində işlər aparılmalıdır. Xalqın bir arada olmasının yollarını aramalıyıq”.
ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, böhranı yaradan iqtidar xalqı həmin böhrandan çıxara bilməz: "Bu, torpaqların itirilməsinə səbəb olacaq, Azərbaycan xalqının bütünlüyünü təhlükə altına alan bir prosesdir. Bu böhranın ağırlığını Azərbaycan xalqı qaldıra bilməyəcək. Azərbaycan faktiki olaaq total böhrandadır. Azərbaycanda köklü radikal islahatlar aparılmasa, ölkə batacaq. Təcili, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Xalqın iradəsini ifadə edən, demokratik seçki olmalıdır. İkincisi, Azərbaycanda mütləq koalisyon hökumət yaradımalıdır. Qanunvericilik sisteminin dəyişdirilməsi və idaretmə prinsipinin dəyişdirilməsi vacibdir. Bu böhranı yaradan bu iqtidardır. Bu iqtidar dəyişilməyənə qədər böhrandan çıxa bilməyəcəyik. Azərbaycanı satmaq prosesi başlayıb. Bu qədər təhlükəlidir vəziyyət, Azərbaycanın parçalanma təhlükəsi var”.
ADR Hərəkatının təmsilçisi Vurğun Əyyub isə qeyd edib ki, son vaxtlar böhrandan çıxmaq üçün hakimiyyətə çox sayda təkliflər verilsə də, heç birinə cavab gəlməyib: "Azərbaycan hakimiyyətinin heç bir proqramı yoxdur, xaotik addımlar atırlar”.
"Ağ blok”un təsisçilərindən Tural Abbaslı isə bildirib ki, cılız ambisiyalara görə bir araya gəlməyən müxalifyönlü insanlar da səhnədən getməlidir: "Bu tədbirlərin də davamlı olmasına çalışmaq lazımdır. Konkret tələblərdən biri parlamnetlə bağlı idi, dəstəkləyirəm. Parlament təcili buraxılmalıdır. Dövlət başçısı nəhayət ki, müxalifətlə bir masa arxasında oturmalıdır”.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi