Bakıda polis sürücünü söydü, dava düşdü - Video

img

23-01-2016 [18:40]


Səbail rayonu, Axundov parkının yaxınlığında YPX əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb.

Mia.az aznews.az-a istinadən xəbər verir ki, yol kənarında avtomobilini saxlayan sürücü polisin təzyiqi ilə üzləşib.

Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşlarından biri sürücünü söyüb. Elə qarşıdurma da bundan sonra yaranıb.

Polis əməkdaşı sürücünü təkbətək "razborka”ya çağırıb. Nəticədə sürücü özünü müdafiə etmək üçün polisə müqavimət göstərib. Digər polis əməkdaşları onları sakitləşdirməyə çalışsa da, YPX əməkdaşı sürücüyə zor tətbiq edərək, sürücünü xidməti avtomobilinə əyləşdirmək istəyib.

Həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA